Putinin bu sözləri gündəm oldu: Priqojinin ölümü – VİDEO

“Vaqner”in rəhbəri Yevgeni Priqojinin ölümündən sonra Rusiya Prezidenti Vladimir Putinin illər əvvəl dediyi sözlər gündəmə gəlib.

Globalinfo.az xəbər verir ki, Putin jurnalistin “bağışlaya bilirsinizmi” sualına “bəli” cavabını verib, lakin xəyanəti bağışlamayacağını deyib.

Ötən gün Priqojinin ölümündən sonra Putinin onu Rusiyada çevrilişə cəhdə görə bağışlamadığı bildirib.

Qeyd edək ki, 23 avqust axşam saatlarında “Vaqner” rəhbəri Yevgeni Priqojinin olduğu şəxsi təyyarə Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə olan 7 sərnişin və 3 ekipaj üzvünün hamısının öldüyü bildirilir.

Təyyarənin zenit-raket kompleksi ilə vurulduğu ehtimalı yüksəkdir.