Rusiyada Ukraynaya qarşı nüvə silahından istifadə ilə bağlı qalmaqallı çağırış səsləndirilib.
Globalinfo.az xəbər verir ki, Sankt-Peterburqda fəaliyyət göstərən Sosial Müdafiə Partiyasının Ali Şurası Rəyasət Heyətinin üzvü Viktor Perov qanunvericilərə müraciət edərək Rusiya Prezidenti Vladimir Putin qarşısında bu məsələ üçün xahiş etməyi təklif edib.
“Biz artıq müharibəyə son qoymalıyıq. Bunun üçün də təklif edirəm ki, Ukraynaya nüvə zərbəsi endirilsin. Ancaq belə bir hücum müharibəni dayandıra bilər. Bunun üçün Vladimir Putindən xahiş etməliyik”, – deyə Perov bildirib.
Onun sözlərinə görə, deputatlar Ukraynadakı münaqişəyə son qoyulması məqsədilə nüvə silahından istifadə imkanının nəzərdən keçirilməsi üçün Kremlə müraciət etməlidirlər.
Tahir Turan
Globalinfo.az