putin zelenski

Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenskinin ona ünvanladığı məktubla bu səhər tanış olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, Putin Zelenskinin açıqlamalarını şərh edərkən əsas məsələnin yaş deyil, insanın fəaliyyət qabiliyyəti və işləmək bacarığı olduğunu deyib. O, hakimiyyətdə uzun müddət qalması ilə bağlı tənqidlərə cavab olaraq Ukrayna liderinə seçkilərdən çəkinməməyi və “hakimiyyətin qəsb edilməsi” mövzusunu gündəmə gətirməməyi tövsiyə edib.

Rusiya lideri həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Trampın Zelenskini necə “tərbiyə etməsini” hamı müşahidə edib.

Bundan əlavə, Putin iddia edib ki, Zelenski rusiyalı iş adamlarından biri vasitəsilə onunla yaxın vaxtlarda görüş keçirmək istədiyini çatdırıb. Qeyd edək ki, Kreml rəhbərinin bu açıqlamalarına Ukrayna tərəfi hələlik münasibət bildirməyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: