Metyu Miller: “İran ABŞ-dan yardım istədi, amma biz…”

“İran təyyarə qəzası ilə bağlı ABŞ-dan kömək istəyib”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O bildirib ki, Birləşmiş Ştatlar İranın yardım xahişini qəbul edib. Lakin xahişi təmin etmək mümkün olmayıb.

“İran hökuməti bizdən kömək istədi. Biz onlara açıq şəkildə bildirdik ki, bu tip vəziyyətlərdə istənilən xarici hökumətin müraciətinə müsbət cavab verilir. Lakin sonda biz kömək göstərə bilmədik. Buna səbəb logistik xarakterli problemlərin olmasıdır”, – Miller vurğulayıb.

Dövlət Departamentinin sözçüsü İranın hansı istiqamətdə yardım istədiyini açıqlamayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az