Lukasenko Putin 900x487 1

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinin dünyanın ciddi dəyişikliklər dövründən keçdiyi ilə bağlı fikrini dəstəkləyib.

Globalinfo.az xəbər verir ki, Lukaşenko bu barədə Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə danışıb.

O bildirib ki, hazırda dünyadakı vəziyyətin nə qədər ciddi olduğunu qiymətləndirmək belə çətindir.

Qeyd edək ki, Putin ötən gün “Valday” Diskussiya Klubunun toplantısında dünyanın mühüm və həlledici mərhələdən keçdiyini deyib.

O, hazırda verilən qərarlarda ediləcək səhvlərin ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: