ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Çin Xalq Respublikası və Rusiya liderləri ilə şəxsi razılaşmaları sayəsində bu ölkələr İrana silah satmırlar.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkədəki səhifəsində bildirib.
Onun sözlərinə görə, Çin lideri Si Tsinpin Pekindəki görüş zamanı ona heç bir şəraitdə İrana silah satmayacağını, bu qadağanın Çin şirkətlərinə də şamil olunduğunu söyləyib. ABŞ lideri münasibətlərini əsas gətirərək ona inandığını qeyd edib.
Rusiya Prezidenti Vladimir Putinlə olan razılaşmalara toxunan Tramp bildirib ki, Kreml rəhbəri də Ukraynadakı müharibəyə baxmayaraq, İrana silah satmayacağını deyib. ABŞ Prezidenti öz növbəsində Vaşinqtonun Ukraynaya birbaşa silah satmadığını, onların yalnız tam qiymətini ödəyən NATO ölkələrinə verildiyini deyib. Bu silahların sonradan necə paylanıldığından xəbəri olmadığını vurğulayıb. Tramp əlavə edib ki, əgər Çin və Rusiya İrana silah satışında iştirak etsəydi, bu, onlar üçün çox pis olardı və maraqlarına cavab verməzdi.
Əliyar Xəlil