Putin Türkiyəyə gəlir – ABŞ-dan reaksiya

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya Prezidenti Vladimir Putinin avqustda Türkiyəyə mümkün səfərinə münasibət bildirib.

Globalinfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ rəsmisi bu haqda danışmaq istəmədiyini söyləyib.

“Rusiyanın Qara Dəniz Taxıl Sazişinə yenidən qoşulmağa məcbur edilməsində Türkiyənin rolunu alqışlamağımızdan başqa, səfər haqqında danışmayacam”, – Miller deyib.

Sözçü Türkiyənin taxıl anlaşmasındakı rolu haqda bunları əlavə edib:

“Onlar əvvəldən bu təşəbbüslə bağlı razılığa gəlməyə kömək etməkdə və Rusiyanı təşəbbüsü davam etdirməyə inandırmaqda çox konstruktiv idilər”.

Miller Türkiyənin taxıl sazişinin davam etdirilməsində məhsuldar rolunun davam etməsini arzuladığını bildirib.