Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Vətənə xidmətlərinə görə” ordeni ilə təltif edilən “Readovka”nın təsisçisi və RT (Russia Today) əməkdaşı Aleksey Kostylev ciddi ittihamlarla üzləşib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. Bildirilir ki, Kostylev Rusiya Müdafiə Nazirliyindən 1 milyard rubl məbləğində vəsaiti mənimsəməkdə ittiham olunur.
Məhkəmə qərarı ilə o, 25 aprel tarixinədək həbs qətimkan tədbiri ilə istintaq təcridxanasında saxlanılacaq.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Tahir Turan
Globalinfo.az