NATO: Ukrayna Rusiyaya ərazi versə, üzv olacaq!

Ukrayna Rusiyaya ərazilərini güzəştə getməsi müqabilində NATO-ya daxil ola bilər.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə alyansın baş katibinin ofisinin rəhbəri Stian Yensen deyib.

“Düşünürəm ki, həll yolu Ukraynanın ərazilərindən imtina etməsi və əvəzində NATO-ya üzv olması ola bilər”, – deyə o bildirib.