Rusiya Prezidenti Vladimir Putin Tacikistanın paytaxtı Düşənbəyə rəsmi səfər həyata keçirib.
Globalinfo.az xəbər verir ki, səfər zamanı o, bir neçə gün ərzində müxtəlif dövlət tədbirlərində və yüksək səviyyəli görüşlərdə iştirak edəcək.
Proqram çərçivəsində Putin “Rusiya – Mərkəzi Asiya” sammitinə qoşulacaq və MDB dövlət başçıları şurasının iclasında çıxış edəcək.
Kreml nümayəndəsi Dmitri Peskov açıqlayıb ki, səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüş də planlaşdırılıb:
“Tacikistana səfər proqramına Rusiya və Azərbaycan prezidentlərinin görüşü əlavə olunub,” – deyə Peskov bildirib.
Putini hava limanında Tacikistan lideri Emomali Rahmon qarşılayıb. Qarşılanma mərasimində hər iki ölkənin bayraqları qaldırılıb və fəxri qarovul düzülüb. Salamlaşmadan sonra dövlət başçıları rəsmi qonaqlar pavilyonuna daxil olublar.
Əliyar Xəlil
Globalinfo.az
*** 20:00
Rusiya Prezidenti Vladinir Putin Tacikistana səfər edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
Putinin təyyarəsi artıq Düşənbə hava limanına enib.
Qeyd edək ki, Rusiya Prezidenti Tacikistanda üçgünlük səfərdədir.
Aysel Əliyeva
Globalinfo.az