Putin Şimali Koreyaya getdi – 24 ildən sonra

Rusiya Prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikasının (KXDR) Prezidenti Kim Çen Inın dəvəti ilə Pxenyana səfər edib.

Globalinfo.az “TASS”a istinadən xəbər verir ki, Rusiya Prezidentini hava limanında Şimali Koreya lideri Kim Çen In qarşılayıb.

Görüş zamanı iki ölkə arasındakı iqtisadi və siyasi əlaqələr, həmçinin birgə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq.

Bu, Rusiya Prezidentinin 2000-ci ildən bəri Şimali Koreyaya ilk səfəridir.

Qeyd edək ki, bu görüş 2019-cu ildən bəri Kim Çen Inın Putinlə üçüncü görüşüdür.