“Belarus qonşu ölkələrə qarşı heç bir hücum əməliyyatı həyata keçirməyi planlaşdırmır”.
Globalinfo.az xəbər verir ki, bunu Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Pavel Muraveyko deyib.
O bildirib ki, Belarus ordusunun qonşu ölkələrə hücuma hazırlaşması ilə bağlı müxtəlif iddiaların heç bir əsası yoxdur.
Qeyd edək ki, bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin müharibə istəmədiyini və “sülhün olması üçün” əlindən gələni edəcəyini bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az