Putin onlara səsləndi: “Heç vaxt unutmayacağam!”

putinn

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya (KXDR) hərbçilərinə təşəkkür edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat dərc olunub.

Putin şəxsən KXDR sədri Kim Çen İnə minnətdarlığını bildirib:

“Rusiya xalqı da Koreya xüsusi təyinatlılarının əsgərlərinin şücaətini heç vaxt unutmayacaq. Qeyd edim ki, döyüşçülər yüksək hazırlıq səviyyəsində idi”.

Rusiya lideri həmçinin bəyan edib ki, KXDR-in Kursk vilayətinin azad edilməsində iştirakı beynəlxalq hüquqa tam uyğundur.

Günay Rəsulqızı
Globalinfo.az