
Hazırkı situasiyada Putinin aradan götürülməsi, fiziki məhvi Qərbə sərf edirmi? Ümumiyyətlə, ABŞ-ın belə planı ola bilərmi? Bu, dünyadakı balansı necə dəyişər?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Mətin Məmmədli hücumla bağlı mübahisəli və qaranlıq məqamların olduğunu bildirib:
“Ümumiyyətlə, bu, kifayət qədər mübahisəli məsələdir. Kadrlarda hücum zamanı kiçikölçülü dronlardan istifadə olunduğu görünür. Amma bu dronların Ukrayna ərazisindən Rusiyanın paytaxtına necə gəlməsi haqda suallar açıq qalıb”.
M.Məmmədli deyib ki, hazırda Putinin ölümü Qərb üçün arzuolunmazdır:
“Qərbin Putinin hazırda fiziki olaraq aradan götürülməsində maraqlı olduğunu düşünmürəm. Nəzərə almaq lazımdır ki, Rusiya siyasi elitasında Qərbə qarşı Putindən daha sərt və radikal mövqedə dayanan şəxslər var. Yəni Putin öldürülsə, onun yerinə daha radikal, nəzərdə tutulmayan biri hakimiyyətə gələ bilər. Bu səbəbdən Rusiya prezidentinin indiki məqamda ölümü Qərbin maraqlarına uyğun deyil”.
Ayşən Mustafa
Globalinfo.az