Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko Astanada Aİİ liderlərinin görüşü çərçivəsində Ermənistandakı vəziyyətlə bağlı qısa fikir mübadiləsi aparıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Dünən bir neçə dəfə danışıblar. Ermənistanla bağlı qısa fikir mübadiləsi aparılsa da, məzmunlu söhbət olmayıb, sadəcə vaxt yox idi”, – o bildirib.