Putin İlham Əliyevlə Nikol Paşinyanı Rusiyada görüşə dəvət etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyada görüşə dəvət edib.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, Kreml rəhbəri bu təkliflə oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış edib.