“14 mayda keçiriləcək seçkilər tarixi yol ayrımıdır”.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elmin Təbliği Fondunun Baş Assambleyasında çıxışı zamanı deyib.
O bildirib ki, bunu Türkiyə ilə əlaqəsi olan hər kəs görür:
“Bu gün Rusiya Prezidenti Vladimir Putinlə danışdım. Putin seçkinin hazırkı mərhələsini diqqətlə izlədiyini dedi. Mən də ona sülhü dəstəklədiyimizi bildirdim”.
R.T.Ərdoğan V.Putinlə müntəzəm olaraq əlaqə saxladığını söyləyib.