Putin Əliyevlə Vardanyanı müzakirə etməyib – Kreml

Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında Ruben Vardanyanla bağlı müzakirə aparılmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Azərbaycan və Ermənistan arasında danışıqların perspektivini dəyərləndirən Kreml rəsmisi deyib ki, Rusiyanın vasitəçiliyi məsələnin həlli üçün vacibdir.

Qeyd edək ki, oktyabrın 12-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.

Əliyar Xəlil
Globalinfo.az