“ABŞ çoxdan Ukraynadakı müharibədə iştirak edir”.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Dövlət Şurasının yekunları ilə bağlı mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, ABŞ-nin Ukraynadakı situasiyaya daha çox cəlb olunmasının mümkünlüyü barədə suala cavabında belə deyib:
“Onlar çoxdan bu prosesdə iştirak edirlər. Bizim potensial rəqibimiz həmişə rus dünyasını parçalamağa və ayrı-ayrı ərazilərə rəhbərlik etməyə çalışıb. Ukraynada separatizm ideyası çoxdan yaranıb”,- deyə Putin vurğulayıb.