alla puqacova

Rusiyalı müğənni Alla Puqaçova on ildir hər yay kirayələdiyi Yurmaladakı villasını itirə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, villanın sahibi, eyni zamanda “Parex Bank”ın keçmiş həmsahiblərindən biri, əmlakı satışa çıxarıb və yaxın vaxtlarda alqı-satqını başa çatdırmağı planlaşdırır.

Əvvəlcə 10 milyon avroya (təxminən 19,44 milyon manat)  satışa çıxarılan villa sonradan 6 milyon avroya (təxminən 11,67 milyon manat ) qədər ucuzlaşdırılıb.

“Puqaçova bu dəbdəbəli malikanənin kirayəsi üçün ayda 6,2 milyon (təxminən 141 422 manat) rubl ödəyirdi. Satış başa çatanadək müğənni və həyat yoldaşının evdə qalmasına icazə verilib. Lakin yeni sahibi villanı şəxsi istifadəsi üçün aldığına görə, gələcəkdə onun kirayəsini uzatmaqdan imtina edə bilər”, – deyə kanal qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: