Prezidentlə xanımı hadisəni nəzarətə götürüb – Baş prokuror

“Prezident İlham Əliyev və Birinci vitse-pezident Mehriban Əliyeva Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsini nəzarətə götürüb”.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu hadisə yerinə gələn baş prokuror Kamran Əliyev deyib.

O əlavə edib ki, hadisə ölkə rəhbərliyinin nəzarətindədir. Faktla bağlı cinayət işi başlanıb.

Xatırladaq ki, Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.