Polşa Prezidenti Karol Navroçkinin ofisində oğurluq hadisəsi baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Polşanın “Do Rzeczy” nəşri məlumat yayıb.
“Prezidentin ofisində qarşılıqlı yardım fondundan vəsait oğurlanıb. Məbləğ təxminən 500.000 zloti (təxminən 140.000 dollar) olub”, – deyə bildirilib.
Prezident Administrasiyasının əməkdaşının işçilərinin adına saxta kreditlər yazdığı müəyyən edilib.
İstintaq, adına saxta kredit götürülən zərərçəkmişlərdən birinin bu aykı maaşının niyə adi haldan aşağı olması ilə bağlı izahat istəməsindən sonra başlanıb. Saxtakarlığın keçmiş prezident Andjey Dudanın, yoxsa Karol Navroçkinin prezidentliyi dövründə baş verdiyi məlum deyil.
Əliyar Xəlil
Globalinfo.az