
Prezident İlham Əliyevin nəvəsi Əminə Əliyeva İtaliyanın Perugia şəhərində keçirilən Kunq Fu üzrə Dünya Çempionatında iştirak edir.
Globalinfo.az xəbər verir ki, 11 yaşlı idmançı light sanda döyüşü üzrə finala vəsiqə qazanıb.
Qeyd edək ki, yarışa yollanan Azərbaycan nümayəndə heyətində Arzu Əliyeva, Azərbaycan Kunq Fu Federasiyasının prezidenti Nurlan Aslanov, federasiya rəsmiləri, məşqçilər və gənc idmançılar yer alıblar. Aslanov yarışın açılışında çıxış edərək Prezident İlham Əliyevin idmana verdiyi dəstəyin uğurların əsasını təşkil etdiyini xüsusi vurğulayıb.
View this post on Instagram