19074bc6 9947 3d87 b89b 8d639160104e 850

Ermənilərin işğal dövründə Kəlbəcər rayonunun Vəngli kəndində azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən düzəltdikləri lövhə sökülüb.

Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 7-də həmin kənddə səfərdə olan zaman lövhənin sökülməsi barədə göstəriş verib.

Dövlət başçısının göstərişi dərhal yerinə yetirilib, ərazidə olan kommunal-təsərrüfat işçiləri lövhəni söküblər.

2d622233 32d6 39c1 9410 66ed47c12504 321

Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olublar.

Paylaş: