Prezident seçkilərindən sonra nələr olacaq? – Anons

“Növbədənkənar prezident seçkilərində sonra kadr islahatlarının keçirilməsi mümkündür”.

Bu sözləri Globalinfo.az-a deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, Azərbaycanda keçirilən islahatlar davamlı xarakter daşıyır və məntiqli əsaslarla aparılır:

“İctimai münasibətlərin zəruri etdiyi sahələrdə yenilənmə tələbi yarandığı təqdirdə bu baş verəcək. Proses həm də idarəetmənin təkmilləşdirilməsi, vətəndaşlara keyfiyyətli xidmət kontekstində icra edilir.

Şübhəsiz ki, hazırkı mərhələdə və bundan sonra da idarəetmənin təkmilləşdirilməsi, kadr ehtiyatlarının yaxşılaşdırılması, vətəndaşa xidmətin yüksək səviyyədə edilməsi üçün islahatların keçirilməsi lazımdır.

Cənab Prezident də ardıcıl olaraq bu sahədə yenilənmə həyata keçirir. İndiyəqədərki idarəetməni nəzərə alsaq, seçkilərə qədər də, seçkilərdən sonra da idarəetmədə yenilənmə mümkündür. Ümumilikdə növbədənkənar Prezident seçkiləri ölkəmizin ictimai-siyasi mühitində yeni proseslərin start nöqtəsi ola bilər”.

Turan Rzayev
Globalinfo.az