Prezident Berlində Şoltsla görüşəcək

Aprelin 26-da Almaniya kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmisi Şteffen Hebeştrayt jurnalistlərə açıqlamasında bildirib.

Almaniya rəsmisi görüşdə ikitərəfli münasibətlərlə yanaşı, xarici siyasət, təhlükəsizlik, o cümlədən iqtisadi və enerji mövzularının müzakirə olunacağını deyib.