serencam 1

Prezident İlham Əliyev 16 mart 2020-ci il tarixli 1941 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nda dəyişiklik edib.

Globalinfo.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

Fərmana əsasən, Şərqi Zəngəzur iqtisadi rayonunun ərazisinə dair geoloji məlumatlar Coğrafi İnformasiya Sisteminə daxil ediləcək.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

X X X

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibinə dəyişiklik edilib.

Globalinfo.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Dəyişikliklə Komissiyanın üzvləri siyahısına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini əlavə edilib.

X X X

Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Prezidentin mətbuat xidməti yayıb.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

X X X

Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına dəyişiklik edilib.

Globalinfo.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Fərmanla xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci, Naxçıvan Hərbi Kolleci əlavə edilib.

Bundan əlavə, Milli Müdafiə Universitetinin Nizamnaməsinə də dəyişiklik olunub.

Dəyişikliklə universitet rektorunun müavinləri, habelə Universitetin tabeliyindəki Hərbi Elmi Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun, Heydər Əliyev adına Hərbi İnstitutun rektorları və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi Azərbaycan Respublikası müdafiə nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən, Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin, Naxçıvan Hərbi Kollecinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Hərbi Liseyin rəisləri isə Universitet rektorunun təqdimatına əsasən Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

X X X

Prezident İlham Əliyev “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 186 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 13 noyabr tarixli 2348 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Globalinfo.az bildirir ki, fərmanda deyilir:

1. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 903 (Cild I); 2024, № 5 (I Kitab), maddə 526) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.5-1-ci bənddə “, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (həmin Xidmətə və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə münasibətdə) və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri “və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (həmin Xidmətə və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə münasibətdə)” sözləri ilə əvəz edilsin;

1.2. 3.6-cı bənddən “Əsasnamələrində göstərilən” sözləri çıxarılsın və həmin bənddə “öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

1.3. 3.7-ci bənddən “əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi,” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 485 (Cild I); 2024, № 2, maddə 145, № 3, maddə 262) ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın V hissəsinin 32-ci və 34−36-cı bəndlərinin “Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları” sütunundan “SOMDA,” akronimi çıxarılsın.

Paylaş: