“Jurnalist” adı altında reketlik edən Pərvin Abışova, İfadə Cəfərzadə və Sevil Mövsümova Nəsimi Rayon Polis İdarəsi tərəfindən həbs edildikdən sonra dünən zərərçəkmiş onlarla şəxsə, cəmi 130 000 manat olmaqla təzminat ödəyiblər”.
Globalinfo.az xəbər verir ki, bunu jurnalist Ülviyyə Alovlu sosial media hesabında yazıb.
O bildirib ki, hazırda polis nəzarətinə verilməklə azad edilən reketlər üzərində onlayn məhkəmə keçirilib, istintaq davam edir.
“Xatırladım ki, çox sayda şikayətlərə əsasən məşhur reketlər Cinayət məcəlləsinin 182.2.4 maddəsi ilə (dəfələrlə şantajla pul tələb etmə) məcburi gətirilmə qaydasında saxlanılmışdı”.