Pentaqondan səfirlik qarşısında özünü yandıran əsgərlə bağlı açıqlama

ABŞ Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin əsgəri Aaron Buşnellin özünü yandırması ilə bağlı açıqlama verib.

Globalinfo.az xəbər verir ki, Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder özünü yandıran hərbçinin ölümünün “faciəli hadisə” olduğunu deyib.

Rayder bildirib ki, ABŞ Müdafiə Naziri Lloyd Austin vəziyyəti izləyir.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrində aktiv vəzifədə olan 25 yaşlı Aaron Buşnell İsrailin Vaşinqtondakı səfirliyi qarşısında “Mən daha soyqırımda iştirak etməyəcəyəm” və “İndi olduqca şiddətli bir etiraz aksiyası təşkil edəcəyəm, lakin fələstinlilərin işğalçıların əli ilə yaşadıqları qarşısında mənim hərəkətim o qədər də böyük deyil” deyərək başına benzin tökərək özünü yandırıb.

Kamuflyaj paltarında olan Buşnel nəfəsi kəsilənə qədər “Fələstinə azadlıq!” qışqırıb.