
ABŞ ordusunun Hərbi Hava Qüvvələrində xidmət edən 25 yaşlı əsgəri Aron Buşnel İsrailin Vaşintqondakı səfirliyi qarşısında özünü yandırıb.
Globalinfo.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə gündəm olub.
A.Buşnel Hərbi Hava Qüvvələrində xidmət etdiyini və artıq “Qəzza zolağında baş verən soyqırımda yer almayacağını” deyib.
O özünü videolentə alaraq İsrailin Vaşinqtondakı səfirliyinin qarşısına gedir və “Fələstinə azadlıq” deyib özünü yandırır.
Səfirliyin mühafizə xidməti və polis hadisəyə anında müdaxilə edib, əsgəri xəstəxanaya çatdırıblar. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Ayşən Mustafa
Globalinfo.az