Pele vəfat etdi – Ölüm səbəbi açıqlandı – YENİLƏNDİ

Futbol üzrə üçqat dünya çempionu braziliyalı Pelenin ölümünə səbəb daxili orqanların çoxsaylı çatışmazlığı olub.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun vəfat etdiyi Albert Eynşteyn klinikasının rəsmi bülletenində məlumat verilib.

Bildirilib ki, orqanların çatışmazlığı bağırsaq xərçənginin mənfi dinamikası nəticəsində yaranıb.

Klinikanın mətbuat xidməti keçmiş futbolçunun ailəsinə və sevimli Futbol Kralının itkisinə görə kədərlənənlərin hamısına başsağlığı verib.

***

23:04

Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib.

Globalinfo.az “TASS”a istinadən xəbər verir ki, onun uzun müddət bağırsaq xərçəngindən müalicə olunduğu bildirilmişdi.

Son həftələrdə koronavirusa yoluxan futbolçunun səhhəti daha da ağırlaşmışdı.