Həmin sənəddə açıq-aydın yazılıb ki… – Paşinyanın sələfi

“Ermənilər nə vaxt başa düşəcəklər ki, Rusiyasız Ermənistan bir dövlət kimi yox olacaq?!”

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

“Avropa missiyası yalançıdır, onlar Ermənistanın təhlükəsizliyi üçün gəlməyiblər. Bizə əsl dəstəyi göstərən Rusiyadır. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son müsahibəsi də Nikol Paşinyanın əleyhinə idi. 9/10 Noyabr bəyanatında açıq-aydın yazılıb ki, əvvəlcə kommunikasiyalar açılmalı, sonra yeni nəqliyyat əlaqələri yaradılmalıdır. Ermənilər Paşinyanı hakimiyyətdən uzaqlaşdırmasalar, Ermənistan mövcud olmayacaq”, – Baqratyan bildirib.

Əliyar Xəlil
Globalinfo.az