Əliyev regionu yeni müharibədən xilas edir – Erməni politoloq

“Nikol Paşinyanın Ermənistan konstitusiyasının yenilənməli olduğuna dair açıqlaması Azərbaycanın tələblərini yerinə yetirmək üçündür”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Tiqran Qriqoryan deyib.

“İlham Əliyev Ermənistanın gələcəkdə Azərbaycana qarşı revanşist addımlar atmayacağı, yeni ərazi iddiaları irəli sürməyəcəyinə dair təminat tələb edir. Yəni Azərbaycan Ermənistanın öz dövlətçiliyinin normativ hüquqi bazasına düzəlişlər etməli olduğunu bildirir.

Azərbaycanlı ekspertlər də Ermənistan konstitusiyasında ərazi iddialarının qaldığını deyirlər. İrəvan konstitusiya yenilənməsi ilə bağlı qərarı sülh danışıqlarında irəliləyiş üçün lazımlı görür. Gələcəkdə Emrənistan hakimiyyəti dəyişdikdə yeni hökumət Azərbaycana qarşı iddialar irəli sürə bilər. Ona görə də Bakı zəmanət istəyir”, – T.Qriqoryan bildirib.

Ayşən Mustafa
Globalinfo.az