Paşinyanın minlərlə ermənini yerləşdirəcəyi ərazi bəlli oldu

Ermənistan hökuməti Qarabağdan çıxan ermənilərin mümkün qədər mərkəzdən uzaq qalmasına çalışır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV yazıb.

Bildirilir ki, artıq onların yerləşdirilməsi üçün ərazilər müəyyən edilib. Qarabağdan çıxan ermənilər Mehri, Qafan, Vardenis və Martunidə yerləşdiriləcək.

Qeyd edək ki, daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağdan çıxan erməniləri təhlükə gördüyü üçün İrəvana gəlmələrini istəmədiyi açıqlanmışdı.

Əliyar Xəlil
Globalinfo.az