Rusiya Ermənistanın taleyinin yalnız onunla müzakirə edilməsinə vərdiş edib.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputatı Vigen Xaçaturyan deyib.
Onun sözlərinə görə, Ermənistanda hakimiyyətə ölkənin maraqlarına müstəqil xidmət edəcəyini deyən legitim hakimiyyət gələndə bu, Moskva ilə münasibətlərdə gərginlik yaratdı:
“Rusiya Ermənistanın müstəqil, suveren dövlət olmasına vərdiş etməyib. Hökumətin belə fəaliyyəti Moskvada qısqanclıq yaradır. Rusiyaya izah etmək lazımdır ki, Ermənistan Moskva ilə maraqları uzlaşdığı məsələlərdə əməkdaşlıq edəcək, lakin digərlərində İrəvan başqa tərəfdaşlar axtaracaq”.
Xaçaturyan bir müddət sonra Moskva ilə münasibətlərdəki gərginliyin azalacağına əmin olduğunu qeyd edib:
“Rusiya bizə düşmən deyil, lakin yeganə ümidimiz də olmamalıdır”.
O, Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətinin qənaətbəxş olmadığını bildirərək, Moskvanın Bakı ilə ümumi maraqlarının erməni tərəfinə ziyan vurmaması gərəkdiyini söyləyib.
İlkin Həsənov
Globalinfo.az