“Paşinyanın 44 günlük müharibə ilə bağlı komissiya iclasında iştirakı növbəti dəfə faciəvi məğlubiyyət qarşısında bəraət qazanmaq, keçmiş hakimiyyəti günahlandırmaqla özünü piar etmək cəhdidir”.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants danışıb.
Onun sözlərinə görə, məlum iclasda yeni heç nə deyilməyib. Yeganə “xəbər” isə Üçtərəfli Bəyanatın bir neçə variantının olmasıdır:
“Paşinyanın tapşırığı özünü piar etmək idi. Bu o qədər aydın görünür ki, gizlətmək mümkün deyil.
Hökumət rəhbəri İctimai Televiziyanın resurslarından istifadə edərək ölkənin ən yeni tarixini saxtalaşdırmaqla, faktları təhrif etməklə günahı özündən əvvəlkilərin üzərinə atır, özündən başqa hamını günahkar çıxarır”.
Tamerlan Yayaqan
Globalinfo.az