Baş nazir qeyd edib ki, mövcud hava limanı artan tələbatı tam şəkildə qarşılamır və bu, operativ həll tələb edən problem kimi qiymətləndirilməlidir:
“Ölkədə beynəlxalq səviyyəli aviasiya təhlükəsizliyi standartlarının tətbiqi vacibdir və bu məsələ “təxirəsalınmaz” xarakter daşıyır. Gündəmdə Sünik (Zəngəzur-red.) hava limanına beynəlxalq status verilməsi məsələsi də var və bu istiqamətdə genişmiqyaslı işlərin aparılması planlaşdırılır”.