“Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Rusiya bazarı ilə bağlı bugünkü vəziyyəti çoxları böhran, mən isə imkan hesab edirəm”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
O, normativ kənd təsərrüfatı torpaqlarında yüksək dəyərli kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini vurğulayıb.
Paşinyan əlavə edib ki, hakimiyyət daim iqtisadi subyektlərə iqtisadi əlaqələrin şaxələndirilməsinin vacibliyi ilə bağlı siqnallar verir:
“Bazarları şaxələndirmək üçün daha səmərəli işləmək, məhsuldarlığı və keyfiyyət standartlarını artırmaq lazımdır”.
Qeyd edək ki, son günlər Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətlər İrəvanda narahatlıq yaradıb.
Əliyar Xəlil
Globalinfo.az