“Biz Rusiya ilə münasibətlərdə səhv etməmişik”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Bizim tərəfdaşlarımız hansısa yeri göstərə və Ermənistanın oradakı öhdəliklərini yerinə yetirmədiyini deyə bilməzlər. Biz qanuni suallar ünvanlayırıq və mənalı cavablar gözləyirik. Tərəfdaşlarımız nə desələr də, bu suallara cavab verilməsə, məsələlər həll edilməyəcək”, – deyə Paşinyan vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az