Paşinyan Zəngəzur dəhlizinə qarşıdırsa… – Qasparyan

Əgər Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinə qarşıdırsa, onlara KTMT və MDB-dən çıxıb, Qərbə dönməyə nə mane olur?

Globalinfo.az xəbər verir ki, bunu Milli Demokratiya Qütbü Partiyasının rəsmi nümayəndəsi Vahe Qasparyan deyib.

“Bu hakimiyyət heç bir praktik addım atmır və hər kəsi manipulyasiya  edir. Onlar çalışırlar ki, hər şeyi etdiklərini göstərsinlər, amma bu işləmir. Lakin bəzi qərbyönlü qüvvələr deyirlər ki, baxın, yazıq Paşinyan döyüşmək istəyir, amma bacarmır, çünki təzyiqlərə məruz qalır. Qısacası, Paşinyan administrasiyasının etdiklərinin hamısı idarəolunan oyundur”, –o bildirib.

Zaira Akifqızı
Globalinfo.az