Ersin Tatar: “Azərbaycanın güclü olması bizi sevindirir”

Şimali Kipr Türk Cümhurriyyəti kommunikasiya texnologiyaları dövründə Azərbaycanla əlaqələrini daha yüksək səviyyəyə çatdırmaq istəyir.

Globalinfo.az xəbər verir ki, bunu “Report”a açıqlamasında  III Antalya Diplomatik Forumunda (ADF-2024) iştirak edən Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar bildirib.

O deyib ki, əlaqələr bütün istiqamətlərdə genişləndirilməli və gücləndirilməlidir: “Türkiyənin Azərbaycanla olan sarsılmaz birliyi, Qarabağ zəfərindən sonra Azərbaycanın daha güclü olması bizi çox sevindirir. Biz mübariz Azərbaycan xalqını təqdir edirik. Cənab İlham Əliyev də hər zaman türk dünyasına böyük önəm verdiyini deyir. Türk dövlətlərinin bütün sahələrdə əlaqələrini genişləndirməsi gələcəkdə daha güclü olmağımızın mesajını verir. Unutmamalıyıq ki, türk xalqları bütün dəyərləri ilə eyni ailənin ayrılmaz hissəsidir”.

Ersin Tatar iyul ayında Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi zirvə görüşü ilə əlaqədar Azərbaycana səfər edəcəyini də vurğulayıb.