Paşinyan üçün son – 5 gün sonra hərəkətə keçirlər

Ermənistanda Nikol Paşinyan hakimiyyətini devirmək üçün yeni etiraz dalğası planlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Belə ki, artıq sentyabrın 20-nə növbəti aksiya təyin olunub. “Milli-demokratik qütb”ün üzvlərindən Jirayr Səfilyan bildirib ki, hakimiyyəti devirmək üçün əlverişli şərait yaranıb.

Onun sözlərinə görə, sosial-siyasi proseslər gec ya tez dəyişikliklərə gətirib çıxaracaq. Dəyişikliklərin nə qədər tez olması isə xalqın fəallığından asılı olacaq.