“Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasındakı danışıq və bundan sonra aparılan informasiya mübadiləsi göstərir ki, mövcud problemlər nəinki həll olunmur, hətta daha da dərinləşməyə meyillidir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan deyib.
“Əgər Ermənistan hakimiyyəti qarşıdurmaya getmək qərarını örtülü şəkildə həyata keçirməyə çalışırsa, Moskva oyunu açıq şəkildə gərginləşdirir.
İki məqam aydındır:
Moskva Ermənistanda “Avropa İttifaqı, yoxsa Avrasiya İqtisadi İttifaqı (Aİİ)?” sualı ilə referendum məsələsini gündəmdə saxlamağa çalışır.
Rusiya, görünür, Ermənistanın qarşısına qoyduğu tələblərə cavab almaq üçün son tarix müəyyən edib və bundan sonra daha sərt addımlar atmağa hazırlaşır.
Digər narahatlıqlar və çoxsaylı təhdidlərlə yanaşı, ən problemli məqamlardan biri də odur ki, sərt qarşıdurmanın nəticəsində, ən azı indiyədək, ən çox zərər çəkən adi vətəndaşlar olur”, – deyə o bildirib.
Əliyar Xəlil
Globalinfo.az