pasinyan 1 1

“Ermənistan ağır günlər yaşayır, ağlasığmaz fiziki və psixoloji iztirablar çəkir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin müstəqillik günü ilə bağlı xalqa müraciətində deyib.

O bildirib ki, bu gün ölkəyə sülh və münaqişələrdən uzaq bir mühit lazımdır:

“Sülh müstəqillik və suverenliklə yanaşı, təhlükəsizliyin təminatı üçün də əsas amildir. Çoxu düşünür ki, hərbi toqquşmaların yaşandığı regionda sülhdən danışmaq adekvat deyil. Lakin məhz belə vəziyyətdə sülhə dəyər verilməlidir. Bu, asan deyil, amma müstəqillik, dövlətçilik və gələcək naminə bu yolu seçməliyik”.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: