Paşinyan: “Sülh vacibdir, bu, mənim mövqeyimdir”

“Sülh təkcə mümkün deyil, həm də vacibdir. Bu mənim düşüncəm, mənim mövqeyimdir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Euronews” telekanalına müsahibəsi zamanı deyib.

“Mən buna inanıram. Ancaq bunun olması üçün beynəlxalq ictimaiyyət vacib nüansları, niyə sürətli templə irəliləmədiyimizi anlamalıdır.

İcazə verin, Avropa İttifaqı Şarl Mişelin iştirakı ilə keçirilən Brüssel görüşünə qayıdım. Həmin vaxt biz Azərbaycan Prezidenti İlham Əliyevlə razılaşdıq, daha doğrusu belə bir anlayışa gəldik ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyır: Ermənistan ərazisi 29 800, Azərbaycan ərazisi isə 86600 kvadrat kilometr”, – deyə o bildirib.

Tahir Turan
Globalinfo.az