Əliyev sülh sazişinə yeni bənd salacaq – Surenyants

Erməni politoloq Suren Surenyants Ermənistan Baş naziri Nikol Paşinyanın rəsmi Bakı və İrəvan arasında silahlara nəzarət sazişinin imzalanması barədə çağırışına münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində paylaşım edib.

“Bu, Paşinyanın sülh ideyasıdır. Əliyevin buna cavabı Ermənistan Silahlı Qüvvələrinin maksimum sayının və ya icazə verilən silah növlərinin müqavilədə qeyd olunması tələbinə çevrilməsinə təəccüblənməyin”.

Xatırladaq ki, ötən gün N.Paşinyan Bakıya silahlara nəzarətlə bağlı saziş təklif edib.

“Yeni bir təklifim var, Azərbaycanla silahlara nəzarətlə bağlı saziş imzalayaq. Nəticədə iki ölkə arasında silahlarla əlaqədar konkret razılaşma əldə edilsin və bu razılığın icrası üçün bir-birilərinə nəzarət etmə imkanına malik olsunlar”, – o bildirib.

Safura Bənnayeva
Globalinfo.az