“Artsax” itirilsə də, Ermənistan yeni müharibənin astanasında olsa da, Paşinyan üçün əsas məsələ hakimiyyətin saxlanılmasıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “Joxovurd” qəzeti yazıb.
“Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının kollegiya iclasında komanda yoldaşlarına deyib ki, indi ruslar hakimiyyəti ondan almaq istəyir, ona görə də hakimiyyəti qorumaq üçün sərt və aydın addımlar atmaq lazımdır.
Beləliklə, Paşinyan komanda yoldaşlarına əsas silahı işə salmağı tapşırıb; yəni erməni ictimaiyyətini parçalamaq və nifaq salmaq.
O, nəyin bahasına olursa-olsun, “artsax” rəhbərliyinin nüfuzdan düşməsinə nail olmaq istəyir. Əsas hədəf “artsax” lideri Samvel Şahramanyandır. Hər şey edilməlidir ki, narazılıq oxları Şahramanyana tərəf yönəlsin.
Lakin Paşinyan bununla da məhdudlaşmaq istəmir. O, erməni cəmiyyətində anti-Rusiya əhvali-ruhiyyəsini dərinləşdirməyi tapşırıb”, – “Joxovurd” qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az