Pasinyan kucede

Nikol Paşinyan qorxularını gizlədə bilmir.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb.

“Bunu onun dünən parlamentə çoxsaylı mühafizəçi və polislə gəlməsi də sübut edir. Ermənistan tarixində ilk dəfədir ki, baş nazir parlamentdə bu qədər çox mühafizəçi tərəfindən qorunurdu. Üstəlik, tarixdə elə bir hal olmayıb ki, baş nazirin mühafizəsi parlamentin binasına daxil olsun, lakin Nikol bununla da tarixə düşdü. Onun mühafizəçiləri hər fraksiyanın yaxınlığında əyləşərək deputatları nəzarətdə saxlayırdılar”, – qəzet bildirib.

Nəşr dünənki iclas zamanı parlament zalının hər qapısında silahlı mühafizəçinin mülki geyimdə növbə çəkdiyini yazıb:

“Təhlükəsizliyin bu qədər gücləndirilməsi yalnız bir şeyə dəlalət edir: Paşinyan qorxur və nədən qorxduğunu yalnız özü bilir”.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: