ABŞ mediasında yayımlanan araşdırmaya görə, Ermənistanda məhkəmə sistemi faktiki olaraq baş nazir Nikol Paşinyanın nəzarəti altındadır. İddia olunur ki, Ali Məhkəmə Şurasının 10 üzvündən azı 8-i Paşinyan və onun yaxın çevrəsi ilə bağlıdır və bu şəbəkə hakimlərin təyinatına, intizam işlərinə və siyasi əhəmiyyətli məhkəmə qərarlarına təsir göstərir.
Globalinfo.az-ın xəbərinə görə, araşdırmada bildirilir ki, müstəqil mövqedə olan hakimlər təzyiq, şantaj və formal intizam işləri ilə sistemdən kənarlaşdırılır, antikorrupsiya qurumları isə siyasi rəqiblərə qarşı cəza alətinə çevrilib.
Hazırda müxalifət nümayəndələri, keçmiş müttəfiqlər və yüksək rütbəli şəxslər daxil olmaqla bir sıra fiqurlar həbsdədir. Mənbələr iddia edir ki, 7 iyun 2026-cı il parlament seçkiləri ərəfəsində Paşinyanın potensial rəqiblərinə qarşı yeni cinayət işləri hazırlanır və müxalifətə qarşı genişmiqyaslı repressiya dalğası planlaşdırılır.
ABŞ nəşri vurğulayır ki, “məxməri inqilab” vədləri yerini məhkəmələrin əsas repressiya alətinə çevrildiyi avtoritar idarəetməyə verib.
Əliyar Xəlil