Paşinyan rəsmən etiraf etdi: Qarabağ Azərbaycandır!

“Biz Azərbaycanın 86,6 min km2 ərazisini tanıyırıq, bura Qarabağ da daxildir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

“İrəvan Azərbaycanın ərazi bütövlüyünü nəzərdə tutulan sərhədlərdə, Bakı isə Ermənistanın ərazi bütövlüyünü 29,8 min kvadrat kilometr sərhədində tanıyır.

Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsi Bakı ilə Xankəndi arasında müzakirə edilməlidir.
Müharibənin qarşısını almaq üçün mən Qarabağın öz müqəddəratını təyinetmə iddiasından əl çəkməli oldum”, – o bildirib.

N.Paşinyan vurğulayıb ki, ərazi bütövlüyü beynəlxalq münasibətlərdə ilkin və ən mühüm prinsipdir.

Ayşən Mustafa
Globalinfo.az